Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər

02.07.2025 12:32 1 011
Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər
Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilir.

Median.Az
APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, çap mediası məhsulunun yayımının dayandırılmasına, onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yalnız məhkəmə qərarı ilə yol verilir.

Həmçinin Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 000 manatadək cərimələnəcək.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında müzakirə edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 381.15-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcəklər.

Bu məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.

Son xəbərlər