Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı

02.07.2025 15:01 1 083
Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər nəticəsində müəyyən edilib ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı edilən qanunsuz hərəkətlərdən sonra Rusiya mediasında, habelə "Telegram" platformasında müxtəlif xəbər kanalları və şəxslər tərəfindən Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş informasiya kampaniyası başladılıb.

Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasından məlumat verilib.

Bildirilib ki, komissiyanın araşdırmaları zamanı soydaşlarımıza göstərilən aqressiv davranış və qeyri-insani münasibətin adıçəkilən resurslarda da geniş təbliğ olunması və Azərbaycan Respublikasına qarşı qeyri-dost addımların atılması ilə bağı təxribatçı çağırışlar müşahidə edilib:

"Bundan öncə də Azərbaycan Respublikasının beynəlxalq hüquqa və milli maraqlara söykənən fəaliyyətlərinə müxtəlif hibrid təhdid alətləri vasitəsilə təsir etmək cəhdləri barədə tərəfimizdən ətraflı açıqlamalar verilib.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya Milli Məclisin müvafiq komitələri, Aparatı və digər dövlət orqanları ilə əlaqələndirilmiş şəkildə ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyaları ilə bağlı qabaqlayıcı tədbirlər görür.

Komissiya davam edən informasiya kampaniyasının fonunda vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycan Respublikasının dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırır".скачать dle 11.3

Son xəbərlər