Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azər Qasımlının məhkəməsi başladı

02.07.2025 15:35 732
Azər Qasımlının məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə A.Qasımlının müdafiəçisi Aqil Layıc bir neçə vəsatətlə çıxış edib. Müdafiəçi zərərçəkmiş Qurbanəli Yusifovla A.Qasımlı arasındakı yazışmaların sübut kimi qəbul edilməsi, Mingəçevir Rayon Məhkəməsi və Şəki Kommersiya Məhkəməsində qeydə alınmış videogörüntülərin sübutlar siyahısına əlavə edilməsi ilə bağlı vəsatət verib. Vəkil, həmçinin, əlavə şahidlər- Rəvan Məmmədov və Nəriman İsmayılovun məhkəmədə dindirilməsini istəyib.

Müdafiəçi A.Qasımlının şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşdirilməsini də istəyib.

Digər vəkil Rövşanə Rəhimli məhkəmə prosesində iştirak etməyib. O, məhkəməyə ərizə ilə müraciət edərək cinayət işinə xitam verilməsini istəyib. Həmçinin, şahidlərin siyahısında olan üç nəfərin adının da həmin siyahıdan çıxarılması ilə bağlı vəsatət təqdim edib.

Məhkəmə əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin edib. Əlavə sübutların təmin olunması ilə bağlı vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılıb. Müdafiəçilərin digər vəsatətləri təmin edilməyib. Ötən hazırlıq iclasında vəkil A.Layıcın cinayət işinə xitam verilməsi, müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı qaldırdığı vəsatətlər də təmin olunmayıb.

Məhkəmə baxışı iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner