Mojo.az Banner
13:18 Ermənilər daha rusiyalılara süd verə bilməyəcəklər  |     13:08 Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürənə HÖKM OXUNUB  |     12:45 Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi  |     12:38 "İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR  |     12:06 Azərbaycanda zəlzələ oldu  |     11:54 Gəncədə avtomobil təmiri sexində meyit tapılıb  |     11:42 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     11:35 Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |     22:09 Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb  |     22:02 Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı  |     21:55 Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı  |     21:46 "Google" 1 milyard dollara yaxın cərimə edildi  |     21:41 Pandemiya kimi hazırlaşın - ÜST-dən xəbərdarlıq  |     21:34 "Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi  |    
Left Banner
Right Banner

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)

02.07.2025 15:05 1 728
Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)
Rusiyada azərbaycanəsilli iş adamı saxlanılıb.

Bu barədə "Fontanka" Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər İdarəsinin məlumatına istinadla xəbər yayıb.

Bildirilir ki, söhbət "Amurov Group" MMC-nin rəhbəri Mark Aleksandroviç Amurovdan gedir. İstintaq versiyasına görə, o, 2020-2021-ci illərdə daşınmaz əmlaka sərmayə qoymaq adı ilə fırıldaqçılıq edib.

32 yaşlı biznesmen 46 milyon rubldan (təxminən 997 min manat - red.) çox dəyərində dələduzluqda şübhəli bilinir. O vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə qoymağı təklif edib, lakin toplanan vəsaiti mənimsəyib. Hadisə ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Şirkət direktoru Parqolovo şəhərindəki evində saxlanılıb. Axtarış zamanı daşınmaz əmlaka dair sənədlər, telefon və həm rubl, həm də xarici valyutada pul vəsaitləri götürülüb.

Hüquq-mühafizə orqanları hazırda saxlanılanın yoldaşlarının olub-olmamasını araşdırır və onun digər cinayətlərdə iştirakı barədə yoxlamalar aparır.

Polisin məlumatlarına görə, saxlanılan Mark Aleksandroviç Amurov Azərbaycanda doğulub. Nəşrdən bildirilir ki, o, azı 10 il əvvəl Sankt-Peterburqda Rusiya pasportu alıb.скачать dle 11.3



Mojo.az Banner