Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanın ən varlı adamından kriptovalyuta oğurlayan iş adamı Azərbaycanla sərhəddə saxlanıldı

27.05.2025 21:22 1 251
Gürcüstanın ən varlı adamından kriptovalyuta oğurlayan iş adamı Azərbaycanla sərhəddə saxlanıldı
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) iş adamı Georgi Baçiaşvilini Azərbaycanla sərhəddə saxlayıb.

Bu barədə Gürcüstan DTX "Facebook" səhifəsində məlumat yayıb.

O, ölkənin ən varlı şəxslərindən biri və hakim "Gürcü Arzusu" Partiyasının qurucusu Bidzina İvanişvilidən kriptovalyuta oğurlamaqda ittiham olunur.

Baçiaşvili İvanişvilinin təsis etdiyi Birgə İnvestisiya Fondunun baş direktoru vəzifəsində çalışıb. O, 2024-cü ildə külli miqdarda kriptovalyutanı mənimsəməkdə və 40 milyon dollar məbləğində vəsaiti yumaqda ittiham olunur.

Müstəntiqlərin versiyasına görə, Baçiaşvili milyarderi "Bitkoin" mayninqinə sərmayə qoymağa inandırıb, daha sonra isə əldə olunan gəliri mənimsəyib.

Tbilisi məhkəməsi onu qiyabi olaraq 11 il həbs cəzasına məhkum edib və İvanişviliyə 9 min bitkoin ödəməli olduğuna dair qərar verib.

Son xəbərlər