Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada azərbaycanəsilli bloqerə cinayət işi açıldı

14.07.2025 14:19 1 683
Rusiyada azərbaycanəsilli bloqerə cinayət işi açıldı
"Subo" adı ilə tanınan azərbaycanəsilli müğənni və bloqer Sübhan Məmmədova qarşı Rusiyada cinayət işi açılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya İstintaq Komitəsi 50 milyon rubl (təxminən 1 milyon manat - red.) məbləğində vergidən yayınmaqda şübhəli bilinən bloqer "Subo"ya qarşı cinayət işi açıb və o, axtarışa verilib. Məlumatda onun qardaşı və atasının da bu cinayətdə təqsirli bilindiyi bildirilir.

Bundan başqa, məlum olub ki, bloqerin özü, atası və qardaşları hərbi xidmət üçün qeydiyyata durmaq öhdəliyindən boyun qaçırıblar.

Xatırladaq ki, azərbaycanəsilli bloqer bu ilin fevral ayında Rusiya vətəndaşlığından çıxarılıb. Buna səbəb kimi Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi göstərilib. Sübhan Məmmədovun hazırda BƏƏ-də yaşadığı bildirilir.

Son xəbərlər