Azərbaycanda bir bankın lisenziyası ləğv edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN  |     20:54 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir - VİDEO  |     20:42 Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı  |     20:36 Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi  |     20:29 Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:23 MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     20:18 Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır  |     20:10 Belçikanın yeni hökuməti and içib  |     20:02 Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb  |     19:57 Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib  |     19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |     19:39 Bakıda yerli istehsalçıların yarmarkası keçiriləcək  |     19:31 Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:25 Çin ABŞ ilə ticarət danışıqlarına başlamağı planlaşdırır  |     19:16 Tərtər sakinindən "Kalaşnikov" aşkarlanıb  |     19:08 Alimlər immuniteti öyrənmək və dərman hazırlamaq üçün "çipdə sümük iliyi" yaradıblar  |     19:02 ABŞ yenidən Çini COVID-19 pandemiyasında təqsirləndirib  |     18:57 "ASAN Ximdət" və MİDA-nın kompüter sisteminə müdaxilə edən İvan Kravçukun məhkəməsi başlayır  |     18:44 Gənc oğlan yetkinlik yaşına çatmayan dayısı qızını qaçırdı - TƏFƏRRÜAT  |    

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Naxçıvan Bank" ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Median.Az
bu barədə AMB-yə istinadən xəbər verir.

Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən "Naxçıvanbank" ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olmuş, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, "Naxçıvanbank" ASC-nin BOKT-yə çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlib və Qaydalar əsasında həyata keçirilib. Bununla bağlı 22 may 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən Qaydalarla nəzərdə tutulmuş formada "Naxçıvanbank" ASC-yə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində "Naxçıvanbank" ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılıb, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəliklər isə "Naxçıvanbank" ASC tərəfindən icra edilib.

Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.

Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə "Naxçıvanbank" ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan "E-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-yə keçib. "E-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş "Naxçıvanbank" ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 176 25.07.24 12:56