"İpotekaya yararlı mənzillər azdır" - Ekspert » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |     17:57 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı  |     17:56 Dünyanın ən zəngin 10 insanı - "Forbes"  |     17:55 Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər  |     17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |     17:50 Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir  |     17:49 Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     17:40 MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR  |     17:39 Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb  |     17:37 Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:35 Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər  |     17:34 Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı  |     17:32 Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU  |     17:31 "Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır  |    

"İpotekaya yararlı mənzillər azdır" - Ekspert

"Bakı şəhəri və ətrafında olan evlərin böyük əksəriyyəti sənədsiz olduğundan ipotekaya yararlı deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, bu kimi evlər alqı-satqı predmeti sayılmır:

"Prosesual olaraq qanunvericilik buna imkan vermir. Amma onlar özbaşına tikili statusundan çıxarılandan, yəni sənədləşmə həyata keçiriləndən sonra ipoteka predmeti olacaq. Bu da o deməkdir ki, həmin əmlakların əksəriyyəti dəyərindən ucuz qiymətləndiriləcək. İpoteka bazarında canlanma yaratmaq üçün bu evlərə sənəd verilməlidir”.

Ramil Osmanlı hesab edir ki, əgər bu evlərə sənəd verilsə, onlara təlabat yüksələcək:

"Bu gün Bakıda hər kəs ucuz mənzil almaq istəyir. İnsanlar əsəsən evi ipoteka ilə almağa üstünlük verir. Amma istədikləri qiymətə ipoteka ilə ev tapmaqda çətinlik çəkirlər. Adamlar daha çox şəhərdən kənarda olan mənzillərə üstünlük verirlər. Bakıda ucuz evlər yoxdur”.

Ramil Osmanlı bu gün ucuz evlərin dövriyyəyə buraxılmasına ehtiyac olduğunu vurğulayıb:

"Belə evlərin isə sənədi olmadığından dövriyyədə iştirak edə bilmir. Sənədləşəndən sonra bu evlər ipoteka predmeti kimi çıxış edə biləcək”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            396 04.07.24 21:06