Mojo.az Banner
18:44 Azərbaycanda sənaye meşələri salınacaq  |     18:38 Azərbaycanda nə qədər əcnəbinin iş icazəsi var?  |     18:30 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - Rəqəmlər açıqlandı  |     18:25 Çində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı  |     18:16 Ardıcıl 5 gün iş olmayacaq  |     18:10 Təkrar əlillik təyin edilənlərə ödənilən vəsait açıqlanıb  |     18:02 Rusiya Ermənistan konyaklarının satışını qadağan etdi  |     17:57 Azərbaycan Çinə başsağlığı verdi  |     17:49 "Uşaq puluna yanaşma insanların tənbəlliyi ilə ölçülən məsələ deyil" - İqtisadçı  |     17:44 Tanınmış reper vəfat etdi  |     17:38 Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi  |     17:33 Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - Foto  |     17:24 May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  |     17:19 Qurban kəsmək qadağan edildi - Bu ölkədə  |     17:11 Wi-Fi problemi yaşayanların nəzərinə  |     17:08 Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır  |     16:55 Bayram ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb: Qiymətlər bəlli oldu - Video  |     16:53 "GTA VI"nın yekun buraxılış tarixi açıqlandı  |     16:41 David Alaba "Real Madrid"dən ayrılır  |     16:39 Gündəlik, aylıq və illik biletlər: Avtobus və metroda yeni ödəniş sistemi (Video)  |    
Left Banner
Right Banner

Azərbaycanda əmək haqqı doqquz faizədək artıb

08.08.2019 23:59 2 331
Azərbaycanda əmək haqqı doqquz faizədək artıb
2019-cu il iyulun 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1613,7 min nəfər olub. Sputnik Azərbaycan-ın Statistika Komitəsinə istinadən xəbərinə görə, onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,6 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2019-cu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.скачать dle 11.3
Mojo.az Banner