Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

“Facebook” asılılığından əziyyət çəkənlərin NƏZƏRİNƏ!

27.04.2019 22:42 2 473
“Facebook” asılılığından əziyyət çəkənlərin NƏZƏRİNƏ!
"Facebook"dan asılılıq artıq uzun müddətdir ki, dünyada əsas mövzulardan biridir. Hər gün milyonlarla insan bu sosial şəbəkədə saatlarla vaxt keçirir. Azərbaycanda da oxşar vəziyyətdir, minlərlə insan öz real həyatını unudaraq, ömrünü "Facebook"da keçirir. Əksəriyyət sosial şəbəkədə xərclədiyi vaxta heyfislənsə də, bundan qurtula bilmir. Bəziləri isə "Facebook"dan asılı olub-olmadıqlarını belə müəyyənləşdirə bilmirlər. ANN.Az portalı oxucularına "Facebook asılılığı" mövzusunda aparılan iki mühüm araşdırmanı təqdim edir. Bu araşdırmaların köməyi ilə siz "Facebook"dan asılı olub-olmadığınızı öyrənə və bu sosial şəbəkədən daha məqsədəuyğun şəkildə necə istifadə edəcəyinizi öyrənə bilərsiniz.

Sosial şəbəkələrlə bağlı aparılan yeni tədqiqatın nəticələrinə əsasən, "Facebook" kimi şəbəkələrdən istifadə edən hər üç istifadəçidən birində paxıllıq, həsəd kimi hisslər baş qaldırır.

Median.Az gencaile.az-a istinadən bildirir ki,sosial şəbəkələr gün keçdikcə bizim ünsiyyətimizin bir parçası kimi genişlənməkdə davam edir. Artıq sübuta yetirilib ki, bu saytlardan nə qədər tez-tez istifadə etməyimizlə psixoloji sağlamlıq problemlərimiz arasında bağlılıqlar mövcuddur. Bircə onu demək kifayətdir ki, insanların əhəmiyyətli bir hissəsi səhər çarpayıdan qalxmazdan əvvəl "Facebook" hesablarını yoxlayır. Bu, sosial şəbəkənin yaratdığı sosial həyəcanın və basqının göstəricisi sayıla bilər.

Araşdırma zamanı məlum olub ki, "Facebook"dakı dostlarının pozitiv statuslarını oxuyan və onların gülümsəyən, xoşbəxt fotolarının görən istifadəçilər daha çox duyğusal incikliyə məruz qalırlar. Bir çox hallarda "Facebook" bəzi insanlar üçün uğurlarını nümayiş etdirmək üçün ideal məkandır. Sonuncu dəfə siz nə vaxt kiminsə başına gələn pis, utancverici bir şeyi paylaşdığının şahidi olmusuz?

Faktiki olaraq, araşdırmaçıların gəldiyi qənaət bundan ibarətdir ki, kef-əyləncə fotoları "FB" istifadəçiləri arasında daha çox incikliyə səbəb olur, onlar bu zaman daha çox həsəd hissindən əziyyət çəkirlər. İctimai basqıdan əziyyət çəkən yeniyetmələr və gənclər mühakimələrə məruz qalmadan özlərinin həqiqi kimliklərini tapmağa çalışırlar, "Facebook" ictimaiyyət tərəfindən qəbul olunmağın yeni standartını yaradıb. Qarşılıqlı təsir, istifadəçilər arasında ikinci ən çox yayılan paxıllıq hissidir, xüsusilə onlar özlərinin şəkil və statuslarını gələn "like" və "şərh"lərin sayını müqayisə edəndə, bu daha çox nəzərə çarpır.

30-40 yaşlarındakı yetkin insanlar arasında "facebook paxıllığı" daha çox qadınlar arasında yayılıb. Ailə xoşbəxtliyi və xarici cazibədarlığı əks etdirən postlara və şəkillərə baxan qadınlar həsəd hissindən əziyyət çəkirlər. "Sosial şəbəkə" filminə baxanlar üçün "Facebook"un yaradılmasının arxasında nəyin dayandığını başa düşmək elə də çətin deyil (Harvard universitetinin qızlarının reytinqini müəyyənləşdirmək üçün yaradılmışdı). Biz bir anlıq geriyə qayıda və özümüzə sual verə bilərik ki, ictimaiyyətin bizi qəbul etməsi üçün kəmiyyət önəmlidir, yoxsa keyfiyyət?

Sosial şəbəkələrin ictimai təsiri mövzusunda Almaniyada aparılan bu tədqiqat ilk belə tədqiqat deyil. 2012-ci ilin dekabrında nəşr edilən başqa bir araşdırmanın nəticələrinə əsasən, kollec tələbələri nə qədər çox "FB"dən istifadə etsələr, bir o qədər çox özlərini pis hiss edirlər. Bəziləri mübahisə edə bilər ki, "Facebook" vitual empati üçün effektivdir, məsələn, kimsə doğum günündə çoxsaylı dostlarının onu təbrik etdiyini görəndə sevinir. Reallıq isə bundan ibarətdir ki, "like"ların sayı gərginlik və aludəçilik yaradır.

İstifadəçi "Facebook"dan istifadədən daimi həzz alırsa, bu artıq vərdişdir. Əgər kiminsə onlayn olmadığını görəndə, bu, narahatlıq yaradırsa "Facebook" artıq gərginliyə səbəb olur.

Fakt budur ki, "Facebook" hələ uzun müddət dəbdə olacaq. Biz insan irqi olaraq, bir çox şeylərdən, o cümlədən sosial şəbəkələri istifadə etməkdən həzz alırıq. Təkcə Amerikan cəmiyyətində deyil, bütün dünyada da narahatlıq və psixoloji sağlamlıq problemlərinin təsiri artmaqdadır, biz sosial medianın səbəb olduğu narahatlıq və depressiyanı da unutmamalıyıq.

İstifadəçilərin sosial şəbəkələrə vərdiş edib-etmədiklərini öyrənmək üçün burda bir çox vacib suallar var. Bu sualların köməyi ilə bunu müəyyənləşdirmək olar:

1. "Facebook" hesabını bağlamağa çalışıb, dərhal da ora geri qayıtmısanmı?

2. İşində və yaxud dərslərində daha az məhsuldar olduğunu hiss edirsənmi?

3. "Facebook"dan problemlərdən qaçıb istirahət və zövq üçün istifadə edirsən?

4. İnsanların sənin postlarını "like" edib-etmədiklərini öyrənmək üçün "facebook" hesabını daim yoxlayırsanmı?

Əgər bu suallardan birinin cavabı "bəli"dirsə... deməli siz "Facebook" aludəçisiniz.скачать dle 11.3
Mojo.az Banner