Nazirliyə müraciət: Vəziyyət təhlükəli həddə çatıb, onları vurmaq lazımdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Nazirliyə müraciət: Vəziyyət təhlükəli həddə çatıb, onları vurmaq lazımdır

"Son illər respublikada vəhşi heyvanların sayı artıb. Hansısa ərazidə canavar, çaqqal hücum edirdisə, bizə müraciət olunurdu. Bunun qarşısını almaq üçün tədbirlər görürdük. Bütün rayonlarda dayaq məntəqələrimiz vardı. Biz hücumun olduğu rayonla əlaqə saxlayırdıq və bir neçə günlük tədbirlər keçirilirdi. Ərazidə ovçulardan ibarət briqada təşkil edilirdi".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri Füzuli Əşrəfov məlumat verib. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaranandan sonra Avropa Konvensiyasına qoşulub və vəhşi heyvanların vurulması qadağan edilib.

"Mən hansısa Konvensiyanın əleyhinə deyiləm. Ancaq təbiət tənzimlənməlidir. Təbiət tənzimlənməsə, vəhşi heyvanlar vurulmasa, onlardan zəif olan heyvanlar, quşlar, həmçinin onların yumurtaları məhv olub gedəcək" - deyə sədr bildirib.

Əşrəfov qeyd edib ki, əgər çaqqal, canavar çoxalarsa, dovşanların, quşların nəsli kəsiləcək: "Çünki vəhşi heyvan "Qırmızı kitab" bilmir. Vəhşi heyvan yem axtarır. Vəhşi heyvanlar vurulmadığına görə sayları, yem bazası azalır. Yem tapmadıqlarına görə, kəndlərə hücum edir, əhaliyə zərər verirlər".

O qeyd edib ki, vəhşi heyvanların mütəmadi olaraq vurulması ilə bağlı Nazirliyə təklif ünvanlanıb: "Düzdür, ceyran, cüyür və sair heyvanların sayı artsa, yaxşı olar. Buna görə də vəhşi heyvanlar vurulmalıdır. Bəzi bölgələrə vəhşi heyvanların hücum etməsinin səbəbi isə çox sadədir - heyvanlar artır, yem bazası azalır. Bunun da qarşını almağın bir üsulu var, onları ara-sıra vuraraq azaltmaq".

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təbiətdə vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə vurulması məqsədəuyğun deyil, çünki bunu təbiət özü tənzimləməlidir.

H.Əlizadə qeyd edib ki, 1979-cu ildə qəbul olunan, Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası canavarların ovlanmasını qadağan edir: "Azərbaycan bu Konvensiyanı 1999-cu ildə ratifikasiya edib. Bu səbəbdən də istisnalar olmaqla, vəhşi heyvanların vurulmasına icazə verilmir. Avropada bir müddət əvvəl bu cür yanaşma, canavarlara qarşı aqressiya olduğu üçün bu gün Avropada vəhşi təbiətdə canavar qalmayıb”.

Onun sözlərinə görə, vəhşi heyvanların kəndlərə də hücum etməsi hallarının qarşısını almaq üçün ETSN tərəfindən tədbirlər görülür: “Nazirlik bir neçə il əvvəl yırtıcıların insanlara hücumlarının qarşısının alınması üçün rayon şöbələrinə göstərişlər verib və komissiyalar yaradılıb".

"Əgər bizə hər hansı rəsmi məlumat daxil olarsa, komissiyalar ərazilərə gedir. Və mövcud problemlərin aradan qaldırılması üçün işlər görülür” - deyə Əlizadə vurğulayıb.

Qeyd edək ki, Vəhşi heyvanların ov obyektlərinə aid edilməsi, ov yerlərinin ayrılması, ovçuluq təsərrüfatının təşkili və onun həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 311 13.03.19 20:11