Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

SSRİ-nin "Kosmos-482" kosmik aparatı orbitdən çıxıb və Hind okeanına düşüb

10.05.2025 14:59 1 254
SSRİ-nin
Yerətrafı orbitdə 50 ildən çox vaxt keçirən "Kosmos-482" kosmik aparatı öz səyahətini başa vurub, orbitdən çıxaraq Hind okeanına düşüb.

Bu barədə "Roskosmos"un "Telegram" kanalı məlumat verib.

Məlumata görə, 1972-ci ildə SSRİ-nin fəzaya buraxdığı "Kosmos-482" kosmik aparatı bununla da mövcudluğuna son qoyub.

Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun mütəxəssislərinin məlumatına görə, aparat Moskva vaxtı ilə saat 9:24-də (Bakı vaxtı ilə 10:24-də) Orta Andaman adasından 560 kilometr qərbdə atmosferin sıx təbəqələrinə daxil olub və Cakartanın qərbində Hind okeanına düşüb.

Veneranın araşdırılması üçün nəzərdə tutulan "Kosmos-482"nin enişi Yerətrafı kosmik fəzada təhlükəli vəziyyətlər barədə avtomatlaşdırılmış xəbərdarlıq sistemi tərəfindən idarə olunurdu.

1972-ci ildə uğursuz buraxılışdan sonra "Kosmos 482" Yerin yüksək elliptik orbitində olub. Onilliklər ərzində onun trayektoriyası tədricən azalıb və bu da orbitdən nəzarətsiz şəkildə çıxmasına gətirib çıxarıb.скачать dle 11.3
Mojo.az Banner