Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI

10.05.2025 14:19 1 200
Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI
Bu həftəsonu Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.

Mayın 10-da İtaliya A Seriyasında "Yuventus" "Latsio"nun qonağı olacaq. Hər iki klubun 63 xalı var.

Almaniya Bundesliqasında mayın 10-da 50 xalla altıncı olan "Leypziq" doğma meydanda 47 xalla səkkizinci yerdə qərarlaşan "Verder Bremen"i sınağa çəkəcək.

Mayın 11-də isə "Bayer Leverkuzen" - "Borussiya Dortmund" qarşılaşması baş tutacaq. Hazırda leverkuzenlilər 68 xalla ikinci, dortmundlular isə 51 xalla beşincidirlər.

Mayın 11-də İngiltərə Premyer Liqasında da maraqlı qarşılaşmalar olacaq. Eyni xala malik olan "Nyukasl" və "Çelsi" kollektivləri üz-üzə gələcəklər. Hər iki klub 63 xalla 4-5-ci yerləri bölüşür.

Çempionluğunu rəsmiləşdirən "Liverpul" hazırda 67 xalla ikinci yerdə qərarlaşan "Arsenal"la üz-üzə gələcək.

Bu həftəsonu azarkeşlərin böyük səbirsizliklə gözlədiyi qarşılaşmalardan biri də "Barselona" və "Real Madrid" kollektivləri arasında mayın 11-də baş tutacaq. Katalon təmsilçisi hazırda 79 xalla birinci, madridlilər isə 75 xalla ikincidirlər.

Türkiyə Superliqasında mayın 10-də "Trabzonspor" - "Qalatasaray" qarşılaşması baş tutacaq. "Qalatasaray" hazırda 83 xalla liderdir, 46 xala malik "Trabzonspor" isə sıralamada səkkizinci yeri tutur.

10 may

İtaliya A seriyası

Saat 20:00, "Latsio" - "Yuventus".

Almaniya Bundesliqası

Saat 17:30, "Verder Bremen" - "Leypziq".

Türkiyə Superliqası

Saat 20:00, "Trabzonspor" - "Qalatasaray".

11 may

Almaniya Bundesliqası

Saat 17:30, "Bayer Leverkuzen" - "Borussiya Dortmund".

İngiltərə Premyer Liqası

Saat 15:00, "Nyukasl" - "Çelsi";

Saat 19:30, "Liverpul" - "Arsenal".

İspaniya La Liqası

Saat 18:15, "Barselona" - "Real Madrid".

Son xəbərlər