Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropada günün maraqlı futbol oyunları: İngiltərə və Türkiyədə derbi həyəcanı - AFİŞA

21.10.2023 14:53 2 019
Avropada günün maraqlı futbol oyunları: İngiltərə və Türkiyədə derbi həyəcanı - AFİŞA
Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

İngiltərə Premyer Liqasında IX tur derbi ilə başlayacaq. Mersisayd derbisində əzəli rəqiblər - “Liverpul” və “Everton” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Axşam isə London derbisi baş tutacaq. Uğursuz çıxış edən “Çelsi” doğma meydanda “Arsenal”la üz-üzə gələcək.

“Dumanlı Albion”da bu gün, həmçinin, “Mançester Siti” - “Brayton”, “Nyukasl” - “Kristal Pelas”, “Şeffild Yunayted” - “Mançester Yunayted” kimi digər maraqlı oyunlar da baş tutacaq.

Fransa Liqa 1-də son çempion PSJ “Strazburq”u sınağa çəkəcək. “Marsel” isə ikinci pillədə qərarlaşan “Nitsa”nın qonağı olacaq.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi olan Leverkuzen “Bayer”i Almaniya Bundesliqasının VIII turunda “Volfsburq” səfərinə yollanacaq. Son çempion “Bavariya” autsayderlər sırasında qərarlaşan “Maynts”ın qonağı olacaq.

İtaliya A Seriyasında son çempion “Napoli” “Verona”nın, “İnter” isə “Torino”nun qonağı olacaq.

İspaniya La Liqasında lider “Real Madrid” uğursuz mövsüm keçirən “Sevilya”nın qonağı olacaq. Paytaxtın digər təmsilçisi “Atletiko Madrid” isə son sıralarda qərarlaşan “Selta” ilə səfər oyununa çıxacaq.

Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq. Son çempion “Qalatasaray” öz meydanında “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək.

Avropada günün maraqlı futbol qarşılaşmaları

21 oktyabr (şənbə)

İngiltərə Premyer Liqası

15:30. “Liverpul” - “Everton”

18:00. “Mançester Siti” - “Brayton”

18:00 “Nyukasl” - “Kristal Pelas”

20:30. “Çelsi” - “Arsenal”

23:00. “Şeffild Yunayted” - “Mançester Yunayted”

Fransa Liqa 1

19:00. PSJ - “Strazburq”

23:00. “Nitsa” - “Marsel”

Almaniya Bundesliqası

17:30. “Volfsburq” - “Bayer”

20:30. “Maynts” - “Bavariya”

İtaliya A Seriyası

17:00. “Verona” - “Napoli”

20:00. “Torino” - “İnter”

İspaniya La Liqası

20:30. “Sevilya” - “Real Madrid”

23:00. “Selta” - “Atletiko Madrid”

Türkiyə Super Liqası

20:00. “Qalatasaray” - “Beşiktaş”

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner