Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT

10.05.2025 13:20 1 089
Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və "ƏR TRANSPORT" MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin həbsinin təfərrüatları məlum olub.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həbs edilib.

Onlar ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıblar.

Belə ki, onlar Pərviz adlı vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik yaradıblar. Malların buraxılması üçün vətəndaşdan 8 min manat rüşvət alıblar.

Rüşvət alınan şəxs Pərviz adlı vətəndaş olub. İstintaqla müəyyən edilib ki, Pərviz Elşan Adbullayevin tanışıdır. Onun Elşana pul borcu da olub.

Pərviz gömrükdən mal gətirən zaman onun yükləri Məzahir tərəfindən saxlanılıb. Əvvəlcə malların buraxılması üçün 22 min manat pul tələb edilib. Sonda 8 min manata razılıq əldə olunub. Həbs edilən şəxslər iddia ediblər ki, Pərviz Elşanın borcunu qaytarmadığı üçün belə bir oyun qurublar. Onlar Pərvizdən rüşvət yox, Elşanın borcunu geri almaq istəyiblər.

Rüşvət tələb ediləndən sonra Pərviz adlı şəxs DGK-yə məlumat verib. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Pərvizin üzərinə kamera yerləşdirilib və 6 min manat rüşvəti verən zaman təqsirləndirilən şəxslə saxlanılıb. İstintaq zamanı tərəflər arasındakı yazışmalar da sübut kimi ələ keçirilib.

Pərviz dindirilən zaman deyib ki, Elşana borcu olub. Amma bu rüşvət məsələsinin borcla heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, tələb edilən 8 min manatın 6 min manatını verdikdən sonra maşınlarını gömrükdən buraxıblar.

Plan belə olub ki, Elşan tanışlıqdan istifadə edib Pərvizə tələb edilən məbləği deyib. Elşan Pərvizdən pulu Ədalətə verməsini istəyib. Alınan pulun əsas hissəsi də Məzahirə çatıb.

İstintaq materiallarına əsasən tərəflər arasındakı yazışmaların bir hissəsini təqdim edirik:

Elşan: Pərvizin nömrəsi məndə yoxdur. Onun nömrəsini at, danışım.

Ədalət: Vaxt gedir, danış. Çalış ki, söz al. Asta-asta və sözünü de.

Ədalət: Tezləşdir. "Obeddən" sonra gec olacaq. Sonra gələcək üçün də heç nə edə bilməyəcəyik.

Ədalət: Onların qara siyahısında düşdünsə, getdin.

Elşan: Yığıram "adboy" verir. Bəlkə yazım buna? Nə məsləhət görürsən? Deyim ki, bu qədər ver, çəkil dur qıraqda. Mən də işini həll edim. Deyim ki, xaçmazlı kimi gömrükçülər mənə zəng vurub. Bəlkə belə deyim ona?

Ədalət: Əla, gözəl. De, malı tökəcəklər, eyniləşdirmə aparacaqlar, sayacaqlar, burnundan gələcək. Tam qorxut. De ki, 22 min ver, dur qıraqda. Gömrüyə nə keçiriləcəksə, özümüz keçirəcəyik.

Həbs edilən Elşanla Pərviz adlı vətəndaşın yazışması:

Elşan: Pərviz, o adam mənə zəng eləməyib. Fikrin varsa ver. Yoxdursa, deyim ki, bu adamın fikri yoxdur. O da işini bilsin. Yaxşı deyil. Mən istəmirəm, o zəng edib soruşsun ki, nə oldu, niyə vermədi?

Pərviz: Elşan müəllim, 100 faiz veriləcək. Mənim maşınım da oardadır. Qaçan yerim yox, maşını da çıxartmamışam. Düzdür, buraxılış verilib. Sağ olsun. İndi işdir oldu. Narahat olmayın çatdıracaqlar.

Məhkəmə təqsirləndirilən şəxsləri törədilən cinayət əməlində təqsirli bilərək ağır şəkildə cəzalandırıb.

Hökmə əsasən Məzahir İsmayılov 9 il 6 ay, Elşan Abdullayev və Ədalət Quliyev 9 il azadlıqdan məhrum ediliblər.




Son xəbərlər