Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" |
Mojo.az Avto
Mojo.az Avto

DGK-nın sabiq əməkdaşlarının məhkəməsində sübutların tədqiqinə başlanıb

01.11.2021 21:54 879
DGK-nın sabiq əməkdaşlarının məhkəməsində sübutların tədqiqinə başlanıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının elan edilməsini yekunlaşdırıb.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Daha sonra sübutların tədqiqinə başlanıb.

Təqsirləndirilən şəxslərin vəkilləri bildiriblər ki, təqsirləndirilən şəxslər ittihamları rədd etdiyi üçün prosesdə zərərçəkmiş kimi Dövlət Gömrük Komitəsinin nümayəndəsi və şahidlər dindirilsin.

Prosesdə vurğulanıb ki, zərərçəkmiş tərəf mövqeyini dəqiqləşdirsin və məhkəməyə bildirsin.

Proses noyabrın 15-də davam etdiriləcək.

İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.

Son xəbərlər