Mojo.az Banner
23:02 Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı  |     22:56 Güclü yağışların səbəbi müharibədirmi?  |     22:47 Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə  |     22:43 Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər  |     22:36 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb  |     22:23 Öldü, amma filmdə oynayır: Süni intellektlə geri dönən Val Kilmer  |     22:18 Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?  |     22:10 Banka borcunu ödəməyənlərə yeni qayda tətbiq edilə bilər  |     22:03 Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi  |     21:55 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"  |     21:47 Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir  |     21:39 Ağdamda gənc FACİƏLİ şəkildə öldü  |     21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |    
Left Banner
Right Banner

Həbsdəki sabiq gömrükçülər koronavirusa yoluxdu

05.10.2021 20:26 978
Həbsdəki sabiq gömrükçülər koronavirusa yoluxdu
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov və Emin Xəlilov koronavirusa yoluxduğu üçün prosesə qatılmayıblar.

Prosesdə iştirak edən O.Zöhrabov və E.Xəlilovun vəkilləri müvəkkillərinin sağlıq durumunu nəzərə alaraq, onların ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib və proses qeyri-müəyyən vaxta təxirə salınıb.

İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.
скачать dle 11.3
Mojo.az Banner