Mojo.az Banner
12:50 Ali Məhkəmədən QƏRAR: "Mənzil yoxdur" bəhanəsi tikinti şirkətini məsuliyyətdən azad etmir  |     12:49 İsmayıllıda 84 yaşlı qadının meyiti tapıldı  |     12:48 "Hizbullah" İsrailin mərkəzinə raketlər atıb  |     12:47 Azərbaycanda veb-resursa kiberhücum: Serverdən xarici sistemlərə müdaxilə edilib - XƏBƏRDARLIQ  |     12:45 Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi  |     12:41 Süni intellekt dünyasında ŞOK: "ChatGPT"nin taleyi apreldə həll olunacaq  |     12:39 Alla Puqaçovanın Moskvadakı lüks mənzili satışa çıxarıldı - Qiyməti dodaq uçuqladır  |     12:37 "YouTube"da yeni funksiya  |     12:36 Sürücülərə təkər bazarı ilə bağlı XƏBƏRDARLIQ: Alarkən mütləq DİQQƏT edin - Video  |     12:22 Ölkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - Video  |     12:16 Keyfiyyətsiz pestisid məhsullarının idxalının qarşısı alındı  |     12:07 Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi  |     11:50 Mədəniyyət sahəsində qrant almaq istəyənlərə MÜJDƏ - Yeni qayda  |     11:49 Ermənistan və Qazaxıstan XİN rəhbərləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər  |     11:30 Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi  |     11:24 Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT  |     11:16 Azərbaycan neftinin qiyməti 4 faizə qədər artıb  |     23:01 “WhatsApp”da yeni dönəm – Nömrəniz görünməyəcək  |     22:48 "Meta" yeni süni intellekt modelini təqdim etdi  |     22:40 Dünyanın ən varlıları yayda hara gedir? - 5 məkan  |    
Left Banner
Right Banner

MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi

10.05.2025 21:40 579
MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə məhkəmənin əmlaklarının müsadirə edilməsi barədə qərarından kassasiya şikayəti verib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.

Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün aparılmadığını əsas gətirərək kassasiya şikayəti verib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Eyni zamanda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib.

Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

R.Məlikzadə 9 369 411.09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 000 manatını dövlət büdcəsinə ödəyib.скачать dle 11.3
Mojo.az Banner