Mojo.az Banner
15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Polkovnik-leytenant 700 minlik əmlakını satıb ziyanı ödədi - Məhkəmə

06.11.2024 18:06 1 080
Polkovnik-leytenant 700 minlik əmlakını satıb ziyanı ödədi - Məhkəmə
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəmə araşdırması başa çatır.

Bu gün hökm oxunması planlaşdırılan proses təqsirləndirilən şəxsin xahişi ilə təxirə salınıb.

Bundan əvvəlki iclasda Məlikzadənin üzərinə həbs qoyulmuş əmlakının ziyanın ödənilməsinə sərf edilməsi şərti ilə satışına icazə verilmişdi.

Bu gün onun vəkili Vüqar Kazımov həmin əmlakın 700 min manata satıldığını, 698 min manatının dövlət hesabına ödənildiyini deyib. Bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilib.

Təqsirləndirilən şəxs səhhəti ilə bağlı son söz deyə bilmədiyi üçün hökm iclası noyabrın 25-nə kimi təxirə alınıb. 

Qeyd edək ki, Rəşad Məlikzadə "Salyanski Kazarma" kimi tanınan Təlim və Tədris Mərkəzinin maliyyə işlərinə rəhbərlik edib. Onun cinayətinin üstü isə Dövlət Təhlükəsizliyi Xidmətinin orduda 143 milyonluq yeyinti faktı aşkarladıqdan sonra açılıb. İstintaqla müəyyən edilib ki, Məlikzadə ümumilikdə 9 milyon 369 min manat pul mənimsəyib. 

Ona əvvəl ziyanı ödəmək fürsəti verilsə də, bundan lazımınca istifadə etməyib. Bu səbəbdən istintaqın ortalarında həbs edilib.
 
///reportскачать dle 11.3
Mojo.az Banner