Mojo.az Banner
18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |     18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |     17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |     17:35 Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük  |     17:27 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir

10.05.2025 21:19 828
9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə məhkəmənin əmlaklarının müsadirə edilməsi barədə qərarından kassasiya şikayəti verib.

APA xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.

Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün aparılmadığını əsas gətirərək kassasiya şikayəti verib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib.

Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib.скачать dle 11.3
Mojo.az Banner