DİQQƏT! Bakıda bu yollarda sürət həddi endirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:41 Salyan məktəblisinin böyük uğuru: Yeni riyazi düstur kəşf etdi - VİDEO  |     14:40 Bakıda məhkum cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi  |     14:26 Elektrik dirəyi aşdı, “Azərişıq”ın işçisi yıxılıb öldü  |     14:18 Dünya çempionatının sonuncu günündə beş güləşçimiz mübarizə aparacaq  |     14:16 Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB  |     13:57 Azərbaycan neftinin qiyməti artıb  |     13:56 Ermənistan-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsi istismara hazırdır  |     13:41 “WhatsApp”da çoxdan gözlənilən FUNKSİYA  |     13:21 Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb  |     13:13 Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ - FOTO  |     13:11 Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib  |     13:10 Sumqayıtda 72 yaşlı qadın qəzada ölüb  |     13:08 Rusiya ordusunun şəxsi heyəti 170 min nəfər artırıldı  |     13:08 Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb  |     13:07 30 milyard dollarlıq yeni iqlim fondu yaradıldı  |     13:07 Laçında kütləvi istehsala başlanıldı: 300 min manatlıq gəlir planlaşdırılır - VİDEO  |     13:06 Suqovuşandakı ilk yaşayış binasında neçə ailə məskunlaşacaq? - VİDEO  |     13:01 Azərbaycanda distant təhsilə keçilməlidir? - AÇIQLAMA  |     22:48 Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırıldı  |     22:27 Tovuzda yaşlı qadın dəm qazından ölüb  |    

DİQQƏT! Bakıda bu yollarda sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir:

"Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilir.

Məlumat üçün də qeyd edirik ki, bu gecədən daşlayaraq hava şaritinin dəyişməsi ilə əlaqədar olaraq BNA tərəfindən də bir sıra tədbirlər həyata keçirilib. Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə tapşırıqlar verilib. Tapşırılıb ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidir. Həmçinin sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır".//milli.az
скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 471 18.02.19 21:53