Bakıda DƏHŞƏT – 83 yaşlı qadının başını kəsdilər
Bakının Xətai rayonunda dəhşətli cinayət baş verib.Bu barədə Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimov məlumat verib.
Cinayət Xətai rayonu, İ.İsmayılov küçəsi ev 52-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1936-cı il təvəllüdlü Patimat Kudjayevanın baş və boğaz nahiyəsinin kəsilmiş xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.
“Hazırda hadisə yerində araşdırmalar aparılır. Bütün hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Qətlin kim tərəfindən törədildiyi məlum deyil”, - deyə prokurorluq əməkdaşı bildirib.
Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!