Kolumbiya məktəbində terror: 21 ölü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:37 Karlo Ançelottinin oğlu "Botafoqo" ilə anlaşıb  |     18:29 Texasda daşqınlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb  |     18:22 Beyləqanda hündürlükdən yıxılan ustalardan biri ölüb  |     18:13 Metronun "20 Yanvar" stansiyasının yaxınlığında YANĞIN başlayıb  |     18:00 Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya gəlib  |     17:33 Peskov Rusiya-Azərbaycan münasibətlərindən danışdı  |     17:31 Bəzi rayonlara leysan yağacaq, sel keçəcəyi gözlənilir - XƏBƏRDARLIQ  |     17:08 Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum etdilər  |     16:56 Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı  |     16:45 Oğuzda ağac kəsiminə görə cinayət işi başladı  |     16:43 Bakıda kanaldan meyit tapıldı  |     16:41 Prezident Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin etdi  |     16:24 Azərbaycanın ən böyük şəhərlərindən birində İKİ GÜN QAZ OLMAYACAQ  |     16:23 Bakıda qadın göl kənarında xüsusi amansızlıqla öldürüldü: Əri saxlanıldı  |     16:21 Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək - SİYAHI  |     16:06 Prokuror sabiq gömrükçülərlə bağlı hökmə etiraz etdi  |     16:00 Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ  |     15:52 Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı  |     13:25 Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib - FOTO  |     13:22 Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar  |    

Kolumbiya məktəbində terror: 21 ölü - VİDEO

Kolumbiyanın Boqota şəhərinin polis məktəbində baş vermiş partlayış nəticəsində 21 nəfər həyatını itirib, 87 nəfər yaralanıb.

Median.Az
xəbər verir ki, bu barədə “Heraldo” xəbər portalı məlumat yayıb.


Məlumata əsasən, içi partlayıcı ilə dolu yolsuzluq avtomobili səhər saatlarında məktəbin nəzarət-buraxılış məntəqəsini sürətlə keçərək, binanın qarşısında partlayıb.

Kolumbiya hüquq-mühafizə orqanları intihar partlayışını həyata keçirən şəxsin 56 yaşlı Xose Aldemar Roxas olduğunu müəyyən edib. Onun bu əməlinin motivləri hələlik məlum deyil.

Hazırda aidiyyəti qurumlar onun “Kolumbiya İnqilab Ordusu” və “Milli Azadlıq Ordusu” qruplaşmasının üzvü olub-olmadığını araşdırır.

Hələlik qurbanların yalnız dördü müəyyən edilib. Onlardan üçü Ekvador vətəndaşı olan şagirdlərdir.

İnsidentlə əlaqədar Kolumbiyada üç günlük matəm elan edilib.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 925 18.01.19 11:43