Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Oğuzda ağac kəsiminə görə cinayət işi başladı

07.07.2025 16:45 690
Oğuzda ağac kəsiminə görə cinayət işi başladı
Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər