Mojo.az Banner
23:01 "WhatsApp"ın yeni funksiyası məxfiliyə risk yarada bilər - İstifadəçilərə xəbərdarlıq  |     22:56 Sabiq icra başçısının həbs müddəti uzadıldı  |     22:49 Azərbaycanda ən çox və ən az maaş olan sahələr (SİYAHI)  |     22:43 Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?  |     22:35 "Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi  |     22:30 Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı  |     22:22 AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı  |     22:17 Sabah çimərliklərdə hava necə olacaq?  |     22:09 Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  |     22:04 Fransada meşələri yandıran 59 nəfər həbs edildi  |     21:56 Axtarışda olan Tuqay Hüseynov Azərbaycana gətirilir  |     21:50 Oman sahillərində gəmiyə hücum: Xəsarət alanlar var  |     21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir - CANLI  |     21:02 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     20:52 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu  |     20:51 Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ  |     20:44 Paytaxtda avtobuslar toqquşdu: Sərnişinlər arasında tanınmış aktyor da var - VİDEO  |     20:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı  |     19:54 Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb  |     19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |    
Left Banner
Right Banner

Bakı Limanına yeni baş direktor TƏYİN EDİLDİ

07.07.2025 11:26 924
Bakı Limanına yeni baş direktor TƏYİN EDİLDİ
Bakı Beynəlxalq Dəniz Limanına yeni baş direktor təyin edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, imzalanan müvafiq əmrlə Eldar Salahov "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Eldar Adil oğlu Salahov Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

1998-2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azad iqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti, 2001-2002-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiya siyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2003-2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq layihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdə işləyib.

E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib.

"Bakı şəhərinin 2020-2040-cı illər üzrə Baş planı"nın layihə idarəetmə qrupunun rəhbəri, işğaldan azad edilmiş ərazilərin "Ümumi planı", eləcə də Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Laçın şəhərlərinin "Baş plan"larının hazırlanması üzrə yaradılmış işçi qruplarının rəhbər müavini, habelə BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF#13) 2026-cı ildə Bakı şəhərində təşkili hüququnun əldə edilməsi üzrə beynəlxalq tenderdə iştirak məqsədilə yaradılmış layihə idarəetmə qrupunun rəhbəri olub.

E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, "Azərbaycan Dəmir Yolları" QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.скачать dle 11.3
Mojo.az Banner