Mojo.az Banner
20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |     19:53 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video  |     19:48 Magistraturaya qəbul planı artan və azalan universitetlər (SİYAHI)  |     19:40 Yay tətilində uşaqları gözləyən gizli təhlükə  |     19:34 Gürcüstanda zəlzələ oldu  |     19:25 Putin Tokayevlə görüşdü  |     19:20 Polis axtarışda olan 106 nəfəri tutdu  |     19:12 Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq  |     19:05 "Qarabağ" ÇSKA oyununun biletləri satışa çıxarılır  |     18:53 Yəməndə husi qüvvələrinə hava zərbələri endirilib: Ölənlər var  |     18:39 Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR  |     18:34 Problemli aktivlərin geri qaytarılmasında əsas maneələr açıqlandı  |     18:15 Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb  |     17:51 Bakı və Abşeronda bir neçə ünvanda işığın verilişində fasilə yaranıb - ŞİKAYƏT  |     17:25 "ChatGPT"nin fəaliyyətində nasazlıq yarandı  |     17:23 Azərbaycanda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılacaq?  |     17:18 Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı  |     17:07 "Real Madrid"in əsas transfer hədəfi bəlli oldu  |    
Left Banner
Right Banner

Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar

07.07.2025 13:22 1 377
Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar
Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında sərnişinlər eskalatordan yıxılıblar.

Bu barədə oxu.az-a hadisə şahidləri məlumat veriblər.

Qeyd olunub ki, təxminən 40-45 yaşlarında xanım üç övladı ilə birlikdə ilk dəfə eskalatordan istifadə edib.

"Xanım uzun müddət tərəddüd edib və mindiyi eskalatordan yıxılan kimi, eskalatorun hərəkəti dayandırıldı", - deyə məlumatda bildirilib.

Oxu.az-ın sorğusuna "Bakı Metropoliteni" QSC-dən cavab olaraq bildirilib ki, xanımın yıxılmasına səbəb müvazinətini itirməsi olub.

"Sözügedən hadisə ilə bağlı bildiririk ki, metrodan ilk dəfə istifadə edən xanım sərnişin üç övladı ilə birlikdə "İnşaatçılar" stansiyasında eskalatordan istifadə qaydalarına bələd olmadığı üçün minməyə tərəddüd edib, eskalatora mindikdən sonra isə müvazinətini itirərək yıxılıb. Uşaqlar da onunla birlikdə yıxılıblar.

Metropoliten əməkdaşları hadisəyə dərhal müdaxilə ediblər, beş saniyə ərzində eskalatorun hərəkəti dayandırılaraq sərnişinlərin təhlükəsizliyi təmin olunub. Eyni anda ehtiyat eskalator işə salınaraq hərəkət axını bərpa edilib.

Nəzərinizə çatdırırıq ki, sərnişin xanımın öz istəyi ilə təcili tibbi yardım çağırılmayıb və çəkiliş aparılmasına razılıq verilməyib. Əməkdaşlarımız tərəfindən sərnişinin şəxsi məxfiliyinə və seçimlərinə hörmətlə yanaşılıb", - deyə məlumatda bildirilib.скачать dle 11.3
Mojo.az Banner