Mojo.az Banner
16:06 Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI  |     16:02 Papua-Yeni Qvineyada fəlakət: 10 nəfər həlak oldu  |     16:01 Dünya birjalarında ABŞ dolları ucuzlaşır  |     16:00 "Satoşi dövrünün" "kriptokit"i 150 milyon dollarlıq "Bitcoin" köçürüb  |     15:59 Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - Video  |     15:56 Avtomobilin mühərrikində yaranan səslər nəyin xəbərçisidir? - Mütəxəssis rəyi  |     15:38 Süni parçalar immun sistemini poza bilər  |     15:36 Sürücüləri cana yığan iri çuxurlar: Nəqliyyat sıxlığına səbəb olan problem - Video  |     15:33 Səmada möhtəşəm şou: Beş planet bir xəttə düzüləcək  |     15:09 Elektronika mağazasından oğurluq edən şəxs saxlanıldı  |     13:33 Gömrükdə tətbiq ediləcək ikipilləli buraxılış mexanizminin üstünlüyü - Video  |     13:29 Daşınmaz əmlak bazarında qəribə tendensiya: Birmərtəbəli həyət evlərinin damları niyə satışa çıxarılır? - Video  |     13:18 https://median.az/206805-resad-ehmedeliyev-vezifesinden-azad-olundu-sehid-ailelerinin-problemlerini-hell-etmrms.html  |     13:16 Rəşad Əhmədəliyev vəzifəsindən AZAD OLUNDU - Şəhid ailələrinin problemlərini HƏLL ETMİRMİŞ  |     13:08 Ermənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAM (Video)  |     13:06 Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək  |     12:57 Rüşvət almaqda təqsirləndirilən hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladı  |     12:40 Gədəbəydə körpə qızdırmadan ölüb  |     23:01 Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?  |     22:56 Sosial media nəhəngində ixtisar: 1000 nəfərlə yollar ayrılır  |    
Left Banner
Right Banner

Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ

07.07.2025 16:00 450
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ
Prezident İlham Əliyev Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, "Notariat haqqında" və "İcra haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Median.Az
bununla bağlı President.az-a istinadən xəbər verir.

Dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək.

Bununla yanaşı, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.

Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.

Bundan başqa, vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişib. Dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək. Həmçinin, irsi transmissiya mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmayacaq. Dəyişikliklə yuxarıda göstərilən müddət şərti aradan qaldırılır.

Belə ki, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılacaq.

Bundan əlavə, dəyişikliklə aşağıdakı qaydalar da aradan qaldırılıb:

- Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir;

- Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.

Qeyd olunub ki, mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq. Dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

Dövlətimizin başçısı "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Notariat haqqında" və "İcra haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.скачать dle 11.3
Mojo.az Banner