Novruzəli Orucovun oğluna hökm oxundu – 4 il 6 ay » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Novruzəli Orucovun oğluna hökm oxundu – 4 il 6 ay

Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.Az
Trend-ə istinadən məlumatına görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə P.Abbasov son söz deyib. O, prosesdə özünü günahsız hesab edərək məhkəmədən bəraət istəyib Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə Rüstəm Orucova 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.,
Xatırladaq ki, prokuror çıxışında Rüstəm Orucova 6 il, Kənan Vəliyev və Pərviz Abbasovun hər birinə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarətində həbs olmayan qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general-mayor Novruzəli Orucovun oğludur. N.Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 498 17.01.18 18:44