Space TV niyə alpinistlərin yaxınlarının hissləri ilə oynadı? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:10 "Amazon"un təsisçisi 737 milyon dollarlıq səhm satıb  |     19:04 Almaniya Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni sərtləşdirir  |     18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |     18:18 Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb  |     17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |    

Space TV niyə alpinistlərin yaxınlarının hissləri ilə oynadı? - VİDEO

Dekabrın 23-dən Tufan dağ istiqamətində itkin düşən alpinistlərlə bağlı ötən gün yayılan xəbər bütün Azərbaycanı həm sevindirdi, həm də üzdü.

Space TV-nin axşam saatlarında yayımlanan əsas xəbər buraxılışında itkin düşən alpinistlərdən birinin tapıldığı barədə xəbər verildi.

Bu xəbərdə diqqət çəkən məqam ondan ibarətdir ki, milyonlarla izləyicisi olan telekanal alpinistlərdən birinin tapılması ilə bağlı xəbəri heç bir dəqiqləşdirmə aparmadan Xınalıq kəndinin sakininə istinadən verdi.

Təbii ki, alpinistlərin yaxınları ilə yanaşı hamı bu xəbərin doğru olmasını istəyirdi. Lakin ehtimal üzərində verilən xəbərin nə dərəcədə doğru olduğu şübhə yaradırdı.

Bir neçə dəqiqə sonra isə aparıcı alpinistlərin yaxınlarını sevinc göz yaşlarına qərq edən o xəbəri təkzib edərək yanlış məlumat verdiklərini bildirdi.

Əslində isə Space TV-nin əsas xəbərlər buraxılışının baş redaktoru kənddə dolaşan şayiəni dəqiqləşdirməli idi. Görünür, Space TV reytinqi, alpinistlərin yaxınlarının hisləri ilə oynamağı peşəkarlıqdan üstün tutdu. /baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 503 05.01.18 13:30