Mojo.az Banner
13:48 Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər ələ keçdilər - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     13:38 Rayonlarda 31 torpaq sahəsi hərraca çıxarılacaq  |     13:28 Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular (Yenilənib)  |     13:17 Salyanda ZƏNCİRVARİ QƏZA - Xəsarət alanlar var (Video)  |     12:51 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     12:36 Hövsanda teplovoz minik avtomobili ilə toqquşub  |     12:22 "Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub  |     12:08 DTX tərəfindən saxlanılan sabiq icra başçısının cinayət əməllərinin GÖRÜNTÜLƏRİ (Video)  |     12:05 Uşaqların "ChatGPT"dən istifadə etməsinin hansı təhlükələri var? (Video)  |     11:54 Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb? (Video)  |     11:53 Kürdəmirdə canavarların daha bir kəndə hücumu baş verib  |     11:49 Azərbaycanda broyler yumurtaları BAHALAŞDI (Video)  |     11:45 İsveçrə Rusiya ilə müharibəyə hazırlaşır  |     11:36 15 dekabr ilk dəfə Ümumdünya Türk Dilləri Günü kimi qeyd olunur  |     11:30 "İki ailəm var, maddi imkanlar çox məsələni həll edir" - "Şərurlu İsfəndiyar"dan QALMAQALLI etiraflar (Video)  |     11:22 "Lake Hotel"in dörd işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadıldı  |     11:18 Bu gün Coratda qaz olmayacaq  |     23:01 Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var  |     22:55 Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:45 Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı  |    
Left Banner
Right Banner

DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?

29.10.2025 22:27 237
DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?
Dövlət Gömrük Komitəsi (DGK) "Araznet” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət DGK-nin elektrik avadanlıqlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 507 651,34 manat təşkil edir.

DGK bu məbləğə 2 ədəd elektrik generatoru, 1 ədəd 100 kva-lıq elektrik enerjisi tənzimləyicisi, 1 ədəd isə 30 kva-lıq elektrik enerjisi tənzimləyicisi almağı planlaşdırır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Araznet” MMC 4 iyun 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov prospekti, ev 43-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əsədov Mahir Əşrəf oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsiçisi haqqında heç bir məlumat yoxdur. Şirkətin əlaqə nömrələrinə və internet səhifəsinə də rast gəlinmir.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, şirkət indiyədək yalnız bir tenderin, hazırda haqqında bəhs etdiyimiz müsabiqənin qalibi seçilib.

DGK-nın adına heç yerdə rast gəlinməyən 1 ildən artıqdır yaradılan şirkətə birdən-birə yarım milyon manatlıq sifariş verməsi satınalma müsabiqəsinin şəffaflığını şübhə altına alır.скачать dle 11.3