Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video |
Mojo.az Avto
Mojo.az Avto

"Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub

15.12.2025 12:22 540
"Google öz "Translate" xidmətində yenilənmə elan edib.

Median.Az
"The Verge" nəşrinə istinadən xəbər verir ki, yeniliyin əsas hadisəsi istənilən model qulaqlıqlar üçün canlı nitqin sinxron tərcüməsi funksiyasının istifadəyə verilməsidir.

Ondan istifadə etmək üçün sadəcə "Android" əməliyyat sistemli uyğun smartfon və "Translate" tətbiqi kifayətdir. Xidmət 70-dən çox dili dəstəkləyir və beta rejimində ABŞ, Meksika və Hindistanda istifadəyə veriləcək. 2026-cı ildə bu funksiya tətbiqin "iOS" versiyasında da əlçatan olacaq.

Bununla paralel olaraq "Google" "Gemini" süni intellekt modelinin imkanlarına əsaslanan təkmilləşdirilmiş mətn tərcümə mexanizmini də tətbiq edib.

Üçüncü mühüm yenilik isə dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş "Təlim" funksiyasının coğrafiyasının və dil dəstəyinin genişləndirilməsidir.

Təkmilləşdirilmiş mətn tərcüməsi artıq ABŞ və Meksikada bütün platformalarda - "Android" və "iOS" tətbiqlərində, eləcə də veb-versiyada mərhələli şəkildə istifadəyə verilməyə başlayıb.

Son xəbərlər