Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

"Google" uşaqlar üçün süni intellekt təqdim edəcək

03.04.2025 12:23 1 611
"Google" şirkəti uşaqlar üçün "Gemini" süni intellekt xidmətlərinin xüsusi versiyasını istifadəyə vermək qərarına gəlib.

Bu barədə "Android Authority" məlumat yayıb.

Media mütəxəssisləri "Android" üçün "Google" tətbiqinin kodunu (versiya 16.12.39) araşdırıb və uşaqlar üçün süni intellektin xüsusi versiyasının mövcudluğuna işarə edən bir neçə sətir aşkar ediblər. Kodda "uşaq istifadəçilər" də qeyd olunub.

Qeyd olunur ki, "Gemini" uşaqlara öz smartfonlarında süni intellektli xidmətləri işə salmaq imkanı verə bilər. Eyni zamanda, onlar süni intellektlə birlikdə hekayələr yaza, məktəbdə verilən tapşırıqlarını həll edə və onların inkişafına və tədris prosesinə kömək edə bilərlər.

Materialda bildirilir ki, "Gemini" çatbotu artıq azyaşlı istifadəçilər üçün müxtəlif tapşırıqları yerinə yetirməyə qadirdir, lakin xidmətin uşaqlar üçün nəzərdə tutulmuş versiyasında daha sərt senzura mövcud olacaq. Mütəxəssislər həmçinin təklif ediblər ki, çatbot elə sazlansın ki, heç bir istifadəçi məzmunu orada təsvir edilməsin.

"Google"un uşaqlar üçün nəzərdə tutulmuş "Gemini"ni necə tətbiq edəcəyi hələ aydın deyil. Güman edilir ki, həmin "Google" hesabı uşağa aiddirsə, bu rejim avtomatik olaraq aktivləşdiriləcək.скачать dle 11.3

Son xəbərlər