Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kompüterlərdə "ChatGPT"nin payı ardıcıl olaraq 4-cü aydır azalır

02.09.2025 19:51 1 095
Azərbaycanda kompüterlərdə
Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 94,58 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 1,52 faiz bəndi azdır.

İkinci pillədəki "Microsoft Copilot"un bazar payı 2,83 % olub. Bu, əvvəlki ayın göstəricisindən 1,13 faiz bəndi çoxdur.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı avqustda 0,55 faiz bəndi artaraq 1,23 % olub.

Dördüncü yerdəki "Google Gemini"nin bazar payı ay ərzində 0,02 faiz bəndi azalaraq 1,05 % təşkil edib.

İlk beşliyi 0,25 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı iyul ayı ilə müqayisədə 0,20 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə süni intellekt (AI) "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 93,99 % (iyula nisbətən 1,57 faiz bəndi az). Beləliklə onun bazar payı ardıcıl olaraq 4-cü aydır azalır (ümumi azalma 3 % təşkil edib);

"Microsoft Copilot" – 3,22 % (1,26 faiz bəndi çox);

"Perplexity" – 1,32 % (0,54 faiz bəndi çox);

"Google Gemini" – 1,1 % (0,14 faiz bəndi az);

"Claude" – 0,29 % (0,17 faiz bəndi az).

Mobil cihazlarda:

"ChatGPT" – 97,69 % (1,88 faiz bəndi az);

"Microsoft Copilot" – 0,77 % (-);

"Perplexity" – 0,77 % (-);

"Google Gemini" – 0,77 (-).

Son xəbərlər