Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın ən böyük üç bankının təmərküzləşmə səviyyəsi artıb

15.04.2025 13:30 1 182
Azərbaycanın ən böyük üç bankının təmərküzləşmə səviyyəsi artıb
2024-cü ildə Azərbaycanın ən böyük üç bankının həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmə səviyyəsi artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatında" bildirilir.

Sənədə əsasən, 2023-cü illə müqayisədə ən böyük üç bankın kredit portfeli üzrə bazar payı 1.7 faiz bəndi artaraq 54.1%, depozit portfeli üzrə bazar payı isə 1.8 faiz bəndi artaraq 67.4% təşkil edib. Aktivlər üzrə ən böyük üç bankın bazar payında nəzərəçarpan dəyişiklik olmayıb (63%).

"Bank sektoru üzrə təmərküzləşmə daim diqqətdə saxlanılır", - deyə AMB bəyan edib.

Ötən ilin sonuna nisbətən ümumilikdə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər azalma olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə artım müşahidə olunur. Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən, cari ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 61 vahid artaraq 1207 təşkil edib. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 64 vahid artaraq 1653 təşkil edib. Aktivlər üzrə HHI indeksi göstəricisi 30 vahid azalaraq 1474 təşkil edib. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir.

Son xəbərlər