Mojo.az Banner
23:01 İran neftini sata bilmir: Dənizdə milyonlarla barel yığılır  |     22:50 Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir  |     22:45 Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?  |     22:37 Bu qidalar qocalmanı sürətləndirir  |     22:31 "AZAL" 5 ayda 6,1 milyon dollarlıq ixrac edib  |     22:25 CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?  |     22:20 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI  |     22:10 Yüzlərlə meymun naməlum səbəbdən zooparkdan qaçıb  |     22:09 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     22:07 Tanınmış bloger qarət edildi  |     22:05 Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb - Video  |     20:54 Bu Çin maşını kəskin ucuzlaşdı  |     20:48 Azərbaycanda bu dövlət qurumları ləğv olundu  |     20:14 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     20:08 Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)  |     19:56 Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı  |     19:51 NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir  |     19:49 Paşinyan İrana gedir  |     19:38 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     19:32 Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur  |    
Left Banner
Right Banner

"Moody's" Azərbaycanda bank sektorunun konsolidasiyasının davam edəcəyini gözləyir

08.08.2025 13:00 642
"Moody’s Ratings” beynəlxalq reytinq agentliyi ortamüddətli perspektivdə Azərbaycanda kiçik banklar arasında konsolidasiyanın davam edəcəyini proqnozlaşdırır.

Bu barədə "Report”a "Moody's Ratings”in kiçik vitse-prezidenti Lev Dorf məlumat verib.

O xatırladıb ki, 2014-cü ildən bəri ölkədə bankların sayı 45-dən 22-yə düşüb və bu, həm bazar, həm də tənzimləyici amillərin yaratdığı konsolidasiya prosesinin davam etdiyini göstərir.

"Nəticədə sektorda təmərküzləşmə yüksək olaraq qalır: beş ən böyük bankın payına bütün bank aktivlərinin yarıdan çoxu düşür. Qalan hissə isə yüksək fraqmentasiya şəraitində bir-biri ilə rəqabət aparan 17 bank arasında bölüşdürülüb”, - L.Dorf qeyd edib.

Onun sözlərinə görə, tarixən aparıcı banklar iri korporativ müştərilərlə işləməkdə, daha geniş likvidlik və resurslara çıxış sayəsində üstünlüyə malik olub, kiçik banklar isə likvidliyə çıxış imkanları məhdud olub və daha bahalı maliyyələşdirmə mənbələri uğrunda rəqabət aparıblar.

"Keçən ildən bəri tənzimləyici bazarı tarazlaşdırmağa, təmərküzləşmə səviyyəsini azaltmağa və resurs bazasının yenidən bölüşdürülməsinə çalışır. Bu məqsədlə passivlərin təmərküzləşməsini məhdudlaşdırmaq üçün əlavə tələblər irəli sürülüb. Bununla belə, tənzimləmənin gücləndirilməsi, artan rəqabət, həmçinin rəqəmsallaşma və texnologiyaya investisiya ehtiyacı kimi amillər konsolidasiyanın davam etməsinə kömək edə bilər, xüsusilə də dəyişən mühitə uyğunlaşmaqda çətinlik çəkən kiçik banklar arasında”, - L.Dorf vurğulayıb.

O, həmçinin son 2-3 ildə makroiqtisadi vəziyyətin və əməliyyat mühitinin yaxşılaşmasının Azərbaycan banklarının kredit reytinqlərinə müsbət təsir göstərdiyini bildirib.

"Gəlirliliyin artması, problemli aktivlərin həcminin azalması, biznesin şaxələndirilməsinin yaxşılaşdırılması, yüksək likvidlik və kapital adekvatlığı reytinqlərin müsbət yöndə yenidən nəzərdən keçirilməsinə təsir edib. Azərbaycanın suveren reytinqinin bu ilin iyul ayında müsbət proqnozla "Baa3” investisiya dərəcəsinə yüksəldilməsi də əlavə amil olub”, - "Moody's”in kiçik vitse-prezidenti söyləyib.

Rəsmi statistikaya əsasən, 2025-ci il iyulun 1-nə Azərbaycanın bank sektorunun cəmi aktivləri 56,73 milyard manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 % çoxdur. Ən böyük beş bankın - ABB, "Kapital Bank”, "PAŞA Bank”, "Xalq Bank” və "Bank Respublika”nın payına 41,83 milyard manat və ya ümumi aktivlərin 73,7 %-i düşür.

Bu beş bankın cəmi depozit portfeli iyulun 1-nə 28 milyard 518 milyon manat və ya hesabat tarixinə 37 milyard 353 milyon manata çatan (il ərzində 6,2 % artım) bank sektoru üzrə cəmi depozit portfelinin 76,34 %-ni təşkil edib.

Elə həmin tarixə onların kredit portfeli 17,36 milyard manat təşkil edib ki, bu da Azərbaycan banklarının ümumi kredit portfelinin (28,472 milyard manat, illik 11,96 % artım) 60,97 %-i deməkdir.скачать dle 11.3
Mojo.az Banner