Mojo.az Banner
23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |     22:40 Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?  |     22:33 Məhkəmə sürücüyə bəraət verdi  |     22:28 Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi  |     22:21 NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)  |     22:13 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı  |     22:08 Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu  |     22:00 UEFA FIFA turnirlərinə boykot elan etdi  |     21:55 Sabah Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq  |     21:48 UEFA Avropa Liqası: "ÇSKA Sofiya" - "Qarabağ" matçının start heyətləri bəlli oldu  |     21:41 Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     21:36 Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib  |     21:22 "Xankəndi" futbol klubu ev oyunlarını doğma şəhərində keçirəcək  |     21:15 Saray sakinlərindən qanunsuz pul yığılır? - Video  |     21:10 Moskvada rusiyalı milyarder həbs edildi  |     21:03 KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video  |     20:56 Ceyranbatanda illərdir həllini tapmayan problem - Video  |     20:51 Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi  |    
Left Banner
Right Banner

"Moody's" Azərbaycanda problemli kreditlər məsələsinin həllini müsbət qiymətləndirir

03.04.2019 21:12 2 098
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə sabit proqnozu dəstəkləyir.

Median.Az
bildirir ki, bunu Trend-ə agentliyin vitse-prezidenti və Azərbaycanın bank sektoru üzrə analitiki Pyotr Paklin deyib.

O bildirib ki, ötən ilin avqustunadək üç il ərzində proqnoz mənfi olub:

"Qiymətin dəyişməsi əməliyyat mühitinin yaxşılaşması, kredit portfellərinin problemli ssudalardan təmizlənməsi ilə bağlı gözləntilər, eləcə də səhmdarların köməyi sayəsində kapitallaşmanın yaxşılaşması və bankların fəaliyyətinin mənfəətliliyinin bərpa olunması əlaqədardır".

Vitse-prezident qeyd edib ki, agentlik Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanını müsbət qiymətləndirir:

"Bu tədbirlər ev təsərrüfatlarının kredit qabiliyyətliliyini yaxşılaşdırmalı və dövlətin dəstəyi sayəsində bankların balansında problemli fərdi ssudaların həcmini azaltmalıdır".скачать dle 11.3
Mojo.az Banner