Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

“Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib

11.10.2019 20:08 1 280
“Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib
"Moody's" reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, hesabatda qeyd edilir ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlmişdir.

Böyük həcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması "Moody's" reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlığının səciyyələndirən güclü tərəflər kimi qeyd edilmişdir.

Həmçinin hesabatda qeyd edilmişdir ki, fiskal və maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər.

"Moody's" agentliyi ölkənin maliyyə sektorunda kreditlərin artmasını müsbət trend kimi qeyd etmişdir. Agentliyin qiymətləndirməsinə əsasən fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi 2018-ci ilin dekabrından artmaqdadır.

Qeyd edək ki, "Moody's" reytinq agentliyi Azərbaycanın maliyyə sektorunda aparılan islahatlar barədə mütəmadi olaraq qiymətləndirmə aparır və agentliyin daha əvvəl açıqladığı hesabatında hökumətin problemli kreditlərin həlli istiqamətində təşəbbüsü yüksək qiymətləndirilmişdir.скачать dle 11.3

Son xəbərlər