Mojo.az Banner
SON DƏQİQƏ
16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Moody’s" güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib

04.07.2025 19:34 1 620
Beynəlxalq reytinq agentliyi "Moody’s" Azərbaycanın milli və xarici valyutada öhdəlikləri üzrə ölkə reytinq tavanlarını yüksəldərək milli valyuta üzrə tavan "Baa2"dən "Baa1"ə, xarici valyuta üzrə isə "Ba1"dən "Baa3"ə qaldırılıb.

Bu barədə agentliyin Azərbaycanla bağlı yaydığı son reytinq açıqlamasında bildirilir.

"Moody’s"in qiymətləndirməsinə əsasən, milli valyuta üzrə reytinq tavanı ilə suveren reytinq arasında mövcud olan iki pilləlik fərq bir tərəfdən dövlətin iqtisadiyyatda yüksək payı və institusional idarəetmənin zəifliyi, digər tərəfdən isə suveren fondun əhəmiyyətli aktivləri sayəsində xarici və makroiqtisadi sabitliyin qorunması ilə izah olunur.

Milli və xarici valyuta üzrə reytinq tavanları arasındakı iki pilləlik fərq isə ölkə iqtisadiyyatında dollarlaşma səviyyəsinin hələ də yüksək olaraq qalması və formal olaraq dəyişkən məzənnə rejiminə baxmayaraq, manatın ABŞ dollarına de-fakto bağlılığı ilə əlaqələndirilir. "Moody’s" hesab edir ki, bu amillər valyuta transfertləri və konversiya üzrə mümkün məhdudiyyətlər riskini artırır.скачать dle 11.3

Son xəbərlər