Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Moody's: Növbəti 2-3 il ərzində Azərbaycanda ÜDM artımı orta hesabla 3 % təşkil edəcək

06.04.2021 21:41 1 389
Moody's: Növbəti 2-3 il ərzində Azərbaycanda ÜDM artımı orta hesabla 3 % təşkil edəcək
"Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının yaxın gələcəkdə də neft-qaz sektorunun inkişafı ilə müəyyənləşməyə davam edəcəyini gözləyir.

Agentliyin məlumatına görə, neft-qaz sektoru ÜDM-in 45 %-ni, ümumi əmtəə ixracatının 90 %-ni, sənaye istehsalının 70 %-ni və konsolidə edilmiş dövlət gəlirlərinin 60-70 %-ni təşkil edir.

"2021-ci ildə koronavirusla bağlı məhdudiyyətlərin zəifləməsi nəticəsində fəaliyyət və hərəkətdə yaranacaq baza effektlərdən başqa, OPEC ilə razılaşma çərçivəsində neft hasilatı, habelə keçən ilin sonunda Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisinin başa çatması ilə əlaqədar Avropaya qaz ixracatı artacaq. Bu da "Moody`s”in ÜDM-in real artımının 3,5 % səviyyəsində olacağı ilə bağlı proqnozunu dəstəkləyir”, - məlumatda deyilir.

"Moody's”in qiymətləndirməsinə görə, növbəti 2-3 il ərzində artım orta hesabla 3 % təşkil edəcək.

"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyutada ifadə olunan və likvid bazarlara sərmayə kimi yatırılan aktivləri, pandemiyaya baxmayaraq, 2020-ci ildə artmağa davam edib və birbaşa dövlət borcunun, demək olar, 480 %-ni ödəmək üçün kifayət qədər böyükdür. "Moody's”in ortamüddətli perspektivdə neftin bir barreli üçün 45-65 ABŞ dolları olan qiymətlər gözlədiyini nəzərə alsaq, hökumətə transfertlərdə kəskin artım olmayacağı təqdirdə ARDNF-in aktivlərinin yaxın bir neçə il ərzində artmağa davam edəcəyi ehtimalı var”, - məlumatda deyilir.скачать dle 11.3

Son xəbərlər