Mojo.az — elanlar
RU
Son Xəbərlər
22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |    
Mojo.az Avto
Mojo.az Avto

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb

09.04.2025 11:25 1 815
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3.4%, 2026-cı ildə isə 3.3% artacağını proqnozlaşdırır.

Median.Az
banka istinadən xəbər verir ki, əvvəlki qiymətləndirmələrlə müqayisədə cari il üçün ÜDM-in artım tempi proqnozu 0.8% bənd yaxşılaşdırılıb.

Beləliklə, AİB 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 3.35% səviyyəsində qiymətləndirir.

Eyni zamanda, bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya ölkələrində zəif xarici tələb səbəbindən iqtisadi fəallığın yavaşlamasını gözləyir: 2024-cü ildə regionda artım 5.7% təşkil edibsə, 2025-ci ildə 5.4%-ə, 2026-cı ildə isə 5%-ə düşəcəyi proqnozlaşdırılır.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM-in artımı 3.5% səviyyəsində gözlənilir, Mərkəzi Bank isə 3.3%-lik göstərici proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir. "S&P Global" illik 2% səviyyəsində artım, "Fitch Ratings" 2025-ci ildə 3% və 2026-cı ildə 2.4%, "Moody's" isə hər il 2.5% artım gözləyir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə 3%, 2026-cı ildə 2.5% artım proqnozlaşdırır, Dünya Bankı isə müvafiq olaraq 2.7% və 2.4% gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4.1% artıb, lakin 2025-ci ilin yanvar-fevral aylarında artım tempi 0.2%-dək yavaşlayıb.

Son xəbərlər