Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

"İki ailəm var, maddi imkanlar çox məsələni həll edir" - "Şərurlu İsfəndiyar"dan QALMAQALLI etiraflar (Video)

15.12.2025 11:30 906
Azərbaycanlı iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov "Həftənin qonağı" verilişində jurnalist Ulvira Qarayevanın qonağı olub. O, verilişdə uşaqlıq illərindən başlayaraq biznesə gedən çətin və qalmaqallı həyat yolundan, riskli qərarlarından və bu günə gəlib çatmasının səbəblərindən danışıb.

İsfəndiyar Axundovun sözlərinə görə, məktəb təhsili almadan, ağır sosial şəraitdə böyüsə də, həyatda qalmağı və irəli getməyi bacarıb. O bildirib ki, uşaq yaşlarından alverə başlayıb, fəhləlik edib, daha sonra ustalığa yüksəlib və tədricən böyük ticarət dövriyyəsinə malik işlər qurub.

"Uşaqlığım çox çətin keçib. Ayaqqabısız gəzdiyim vaxtlar olub. Amma heç vaxt ruhdan düşməmişəm. Ağıllı olmaq savadla ölçülmür. Zamanı və fürsəti düzgün dəyərləndirmək lazımdır", - deyə o vurğulayıb.

Verilişdə Axundov keçmişdə yol verdiyi qanunsuzluqları da gizlətməyib. O, sovet dövründə vaqon ticarəti, material alveri və müxtəlif riskli sxemlər vasitəsilə böyük pullar qazandığını etiraf edib. Bildirib ki, həmin dövrün şərtləri onu bu cür qərarlar verməyə vadar edib.

İsfəndiyar Axundov biznes fəlsəfəsini belə izah edib: "Cəsarət, ağıl və çeviklik birlikdə olmalıdır. Əgər fürsət gəlirsə və sən onu tuta bilmirsənsə, o bir daha geri qayıtmır".

Hazırda əsas fəaliyyət istiqamətinin tikinti sektoru olduğunu deyən iş adamı bu sahədə təxminən 30 ildir çalışdığını bildirib. O, işini yekunlaşmış hesab etmədiyini və 100 yaşına qədər işləmək niyyətində olduğunu söyləyib.

İsfəndiyar Axundov şəxsi həyatı ilə bağlı da diqqətçəkən açıqlamalar verib. O bildirib ki, bir məclis zamanı bəyəndiyi qadınla tanış olub və daha sonra onu tapmaq üçün uzun müddət axtarış aparıb. Məlum olub ki, həmin şəxs paytaxtda tibb müəssisələrindən birində həkim kimi çalışır. Axundovun sözlərinə görə, üç ay davam edən israrlı münasibətdən sonra razılıq əldə olunub və ailə üzvləri ilə də razılaşma baş tutub. O vaxt qadının 27, özünün isə 50-dən çox yaşı olduğunu deyən iş adamı həmin nikahdan bir oğlunun dünyaya gəldiyini qeyd edib.

İsfəndiyar Axundov vurğulayıb ki, ilk həyat yoldaşı ilə rəsmi boşanma olmayıb və hər iki ailə eyni zamanda təminatlı həyat sürür:

"İkisi də rahat və təminatlı yaşayır. Maddi imkanlar bir çox məsələni həll edir. Açıq desəm, bu imkanlar olmasaydı, bu münasibətlər də olmazdı".

Veriliş boyunca İsfəndiyar Axundov həm tənqid olunan açıqlamalarına, həm də sosial şəbəkələrdə ona qarşı səslənən iradlara münasibət bildirib. O, özünü "alim deyil, iş adamı" kimi xarakterizə edərək, nəticəyə gedən yolu əsas meyar hesab etdiyini vurğulayıb.

Son xəbərlər