Mojo.az Banner
16:28 Vüsal Şilderin qətli 1000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |    
Mojo.az Avto
Mojo.az Avto

Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular (Yenilənib)

15.12.2025 13:28 906
Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular (Yenilənib)
Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini Almaz Cəfərova beyindaxili təzyiqdən ölüb və onun təbii şəraitdə vəfat etdiyi bildirilərək dəfn edilib. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıblar. Onlar aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

* * * * *

Biləsuvarda təzyiqdən öldüyü qadının qətlə yetirildiyi məlum olub.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

İlkin məlumata görə, bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən öldüyü bildirilib.

Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.
скачать dle 11.3
Mojo.az Banner