Mojo.az Banner
23:02 "Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət  |     22:57 Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama  |     22:51 Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı  |     22:44 Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi  |     22:39 ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ  |     22:31 Təhsil tələbə kreditinə müraciət başladı - ŞƏRTLƏR  |     22:26 İlin son Günəş tutulması bu ay olacaq  |     22:20 Bakıda 100-dən çox küçə və prospekt təmir edilir  |     22:12 İspaniyaya miqrant axınının iki səbəbi açıqlandı  |     22:07 İstanbulda torpaq sürüşməsi oldu - Uçqun altda qalanlar var  |     21:59 "Azərbaycanla güclü münasibətlər qurmalıyıq" - Zelenski  |     21:55 Lənkəranda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB  |     21:43 Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı  |     21:35 Özbəkistan iki kəndi Qırğızıstana təhvil verdi  |     21:30 Ermənistan parlamentinin yeni spikeri seçildi  |     21:21 Manat möhkəmlənir: Ucuzlaşma gözləmək olarmı?  |     21:14 Sabah 38 dərəcə isti olacaq  |     21:09 Faydalı görünsə də, ürəyə zərər verə bilər - 4 məşhur məhsul  |     21:02 Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?  |     20:51 Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı  |    
Left Banner
Right Banner

"Lake Hotel"in dörd işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadıldı

15.12.2025 11:22 474
Binəqədidə ötən ay hotelin dörd işçisinin ölümündə təqsirləndirilən icarədar Ağasif Verdiyevin barəsində qərar çıxarılıb.

Median.Az
APA-ya istinadla xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Ağasif Verdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.

Qeyd edək ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesində yerləşən "Lake Hotel"in işçiləri - 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub.

Toplanmış sübutlarla "Lake Hotel"in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.

Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner