Mojo.az Banner
14:16 Qubada faciəli şəkildə ölən şəxs MÜƏLLİM İMİŞ  |     14:14 Biləcəridə yaşayış evinin bünövrəsi çökdü (Video)  |     14:02 Yasamalda "Express Lounge" ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb  |     13:48 Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər ələ keçdilər - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     13:38 Rayonlarda 31 torpaq sahəsi hərraca çıxarılacaq  |     13:28 Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular (Yenilənib)  |     13:17 Salyanda ZƏNCİRVARİ QƏZA - Xəsarət alanlar var (Video)  |     12:51 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     12:36 Hövsanda teplovoz minik avtomobili ilə toqquşub  |     12:22 "Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub  |     12:08 DTX tərəfindən saxlanılan sabiq icra başçısının cinayət əməllərinin GÖRÜNTÜLƏRİ (Video)  |     12:05 Uşaqların "ChatGPT"dən istifadə etməsinin hansı təhlükələri var? (Video)  |     11:54 Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb? (Video)  |     11:53 Kürdəmirdə canavarların daha bir kəndə hücumu baş verib  |     11:49 Azərbaycanda broyler yumurtaları BAHALAŞDI (Video)  |     11:45 İsveçrə Rusiya ilə müharibəyə hazırlaşır  |     11:36 15 dekabr ilk dəfə Ümumdünya Türk Dilləri Günü kimi qeyd olunur  |     11:30 "İki ailəm var, maddi imkanlar çox məsələni həll edir" - "Şərurlu İsfəndiyar"dan QALMAQALLI etiraflar (Video)  |     11:22 "Lake Hotel"in dörd işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadıldı  |     11:18 Bu gün Coratda qaz olmayacaq  |    
Left Banner
Right Banner

Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin aparılması qaydası təsdiqləndi

28.10.2025 17:36 231
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin aparılması qaydası təsdiqləndi
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qiymətləndirmənin məqsədi Azərbaycan ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin qanuna, minatəmizləmə fəaliyyətinə dair tələblərə, standart əməliyyat prosedurlarına (SƏP) və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq minatəmizləmə fəaliyyətini planlaşdırmaq, idarə etmək və həyata keçirmək imkanlarına malik olduğunu müəyyən etməkdir.

Dövlət orqanları və şəxslərin qiymətləndirilməsini Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həyata keçirəcək.

Qiymətləndirmə dövlət orqanları və şəxslərin rəsmi müraciətləri əsasında aparılacaq.



скачать dle 11.3