Sərnişinlərə paylanılaraq gömrükdən qanunsuz keçirilməsinə cəhd edilən mallar tutulub » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:25 Venesuela özünün təhlükəsiz messencerini yaradacaq  |     19:16 Uşaqların psixi sağlamlıq problemlərinin həllinə kömək edən ən yaxşı üsul müəyyən edilib  |     19:11 ABŞ Suriyaya qarşı sanksiyaların əksəriyyətini ləğv edib  |     19:03 BVF Ukraynaya yarım milyard dollar kredit ayrılmasını təsdiqləyib  |     18:43 "Crocus" terroru ilə bağlı iş məhkəməyə göndərildi: Ukrayna rəhbərliyi ilə əlaqəsi müəyyən edildi  |     18:22 Azərbaycanəsilli art-menecer Rusiyada qiyabi həbs edilib  |     18:21 Şirvanda "Çardaq" kafesində əxlaqsızlıq yuvası aşkarlandı  |     18:01 Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb  |     17:55 Azərbaycan Rusiyaya nota verdi: Daxili işlərimizə qarışmayın  |     17:46 Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin məhkəmələri başlayır  |     17:33 Sabahdan külək güclənəcək  |     17:16 İzmirin Adnan Menderes Hava Limanı bağlandı  |     17:10 Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar  |     16:55 Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib  |     16:43 Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar  |     16:32 Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var  |     16:23 Rusiya Azərbaycana nota verib  |     16:15 Azərbaycanla Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir  |     15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |    

Sərnişinlərə paylanılaraq gömrükdən qanunsuz keçirilməsinə cəhd edilən mallar tutulub

Sərnişinlərə paylanılaraq gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd göstərilən mallar aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.

Qeyd edilib ki, nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və Heydər Əliyev Beynəlxalq Aeroportunun dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.

Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar - 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1 810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitə və ətir hüquqpozma predmeti kimi götürülüb.

İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.

Dövlət Gömrük Komitəsi tərəfindən bildirilib ki, başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilərək əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 07.05.25 18:23