Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar |
Mojo.az Avto
Mojo.az Avto

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək

01.07.2025 15:53 708
Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək
Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.

Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi attestasiya imtahanından beş ekspertin üçündən mənfi, ikisindən müsbət alan incəsənət müəllimləri üçün ikinci şans yaradacaq:

"Mədəniyyət Nazirliyinin tabeliyindəki üç məktəbdə həmin müəllimlər üçün ixtisaslı mütəxəssislər tərəfindən təlimlər keçirilir. Məqsəd ondan ibarətdir ki, həmin müəllimlər növbəti mərhələdə Dövlət İmtahan Mərkəzinin test və müsahibə mərhələlərindən uğurla keçə bilsinlər. Əgər bu mərhələləri uğurla başa vursalar, onlara əvvəlki iş yerlərində yenidən pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı yaradılacaq”.

Nazir müşaviri bildirib ki, attestasiya prosesinin birinci mərhələsində bu kateqoriyaya aid 110-dan artıq müəllim olub. İkinci mərhələdə də bu istiqamətdə işlər davam etdiriləcək.//report

Son xəbərlər