Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyadan NARAZILIQ: "İmtahan şəffaf keçirilməyib" - VİDEO

04.04.2025 11:47 1 266
Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyadan NARAZILIQ:
Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiya imtahanlarının nəticələri bəzi müəllimləri qane etməyib.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, 30 nömrəli uşaq musiqi məktəbinin 22 müəllimi imtahandan kəsilib.

Şikayətçi müəllimlər iddia edirlər ki, imtahanda istifadə edilən musiqi aləti işləmirdi, imtahan deyilən saatdan xeyli gec başladı, suallar isə proqramdan fərqli idi. Odur ki, həmin müəllimlər barələrində verilən qərarla razı deyillər.

30 nömrəli uşaq musiqi məktəbinin müəllimləri deyirlər ki, martın 2-si baş tutan attestasiya imtahanı qeyri-şəffaf keçirilib. Məlumata görə, təkcə bu məktəbdən 18 fortepiano müəllimi və 4 nəzəriyyə müəllimi imtahandan keçə bilməyib. Onların arasında 62 yaşlı pensiya yaşına bir neçə il qalmış işdən azad edilən müəllim-pedaqoq da var.

20 ildən çox təcrübəsi olan, konsertmeyster kimi çalışan Ülviyyə Məmmədova bildirib ki, tam cavablandırmadığı suallar da olub, lakin ifasını nəzərə almamaqlarını ədalətsiz qərar hesab edir.

Nəticələrin onu təəccübləndirmədiyini deyən musiqi məktəbinin direktoru Zakir Əsədovun sözlərinə görə, ümumi olaraq 48 müəllim attestasiyada iştirak edib, onlardan 4 nəzəriyyə, 18 fortepiano müəllimi imtahandan kəsilib. Həmin müəllimlərin məktəbdə fəaliyyətinə bu ayın 7-si xitam veriləcək.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən müəllimlərin şikayəti üzrə nazirlikdə araşdırma aparılır. O da qeyd olunub ki, 650 nəfər attestasiya prosesindən uğurla keçib, 492 müəllim isə tutduğu vəzifəyə uyğun hesab edilməyib.

Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə əmək müqavilələrinə xitam verilməyəcək. Həmçinin, yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq.

Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər.

Ətraflı süjetdə:

Son xəbərlər