Müalicəvi aclığın təhlükələri - Həkimdən xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:42 Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək  |     12:33 Dövlət xidməti 62 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib  |     12:18 Yekaterinburqda həbs edilən iki azərbaycanlı məhkəmənin qərarından şikayət edib  |     12:17 Türkiyədə qəzaya uğrayan yüngülmühərrikli təyyarə tapıldı: Bir nəfər xilas edildi  |     12:16 Lənkəranda evə hücum edib qonşusunu bıçaqlayan şəxs saxlanıldı (Yenilənib)  |     12:05 Bakı metropolitenində baş vermiş TERROR AKTI: 13 nəfərin həyatına son qoyan partlayış  |     12:04 Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi  |     12:03 Azərbaycan nefti bahalaşıb  |     12:02 Mənzilə dair tələbin pozulmasına görə məcburi köçkünlərlə bağlı məhkəməyə 105 müraciət olub  |     11:52 ABŞ Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarına aydınlıq gətirib  |     11:47 Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR  |     11:43 Şavkat Mirziyoyev: "Azərbaycan və Özbəkistan FIFA-ya birgə müraciət edəcəklər"  |     11:29 Sabiq sədr müavini vəfat etdi  |     11:17 Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib  |     23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |    

Müalicəvi aclığın təhlükələri - Həkimdən xəbərdarlıq

Müalicəvi aclığın getdikcə populyarlaşmasına baxmayaraq, elmi araşdırmalar onun sağlamlıq üçün faydalarını təsdiqləmir, eyni zamanda, bununla bağlı ciddi risklərin olduğu bildirilir.

Bu barədə gazeta.ru saytına müsahibəsində rusiyalı endokrinoloq, diyetoloq, tibb elmləri namizədi Oksana Mixalyova danışıb.

Mütəxəssisin fikrincə, aclıq qısamüddətli (üç gündən az müddətə kalorilərin tam məhdudlaşdırılması) və ya uzunmüddətli (dörd gündən çox) ola bilər. Bəzi tədqiqatlar aclığın bədən kütləsinin 2-10% azalması, qlükoza və insulin səviyyələrinin yaxşılaşması kimi müsbət təsirlərini qeyd etsə də, bu dəyişikliklər qısamüddətli olub və sağlamlığa əhəmiyyətli fayda verməyib.

"Problem ondadır ki, aclıq zamanı təkcə yağ deyil, həm də əzələ kütləsi itirilir, sonuncu isə ümumi çəki itkisinin təxminən üçdə ikisini təşkil edir. Sarkopeniya (əzələ kütləsinin itirilməsi) osteoporoz, sarkopenik piylənmə, insulin müqaviməti və digər təhlükəli vəziyyətlərin inkişafına səbəb ola bilər. 50 yaşdan sonra itirilmiş əzələ kütləsini bərpa etmək, demək olar ki, mümkün deyil", - deyə Mixalyova xəbərdarlıq edib.

Bundan əlavə, aclıq zamanı metabolik asidoz və ya ketozun inkişafı ola bilər ki, bu zaman orqanizm enerjini zəhərli keton cisimlərindən almağa çalışır. Bu, mədə-bağırsaq pozğunluğuna, ishal, qarın, baş ağrılarına səbəb ola, beyinə mənfi təsir göstərə, idrak funksiyalarının pisləşməsinə, apatiya və depressiyaya səbəb ola bilər. Həmçinin, infeksion xəstəliklərə yoluxma riski də artır.

Xroniki xəstəliyi olan şəxslərə, uşaqlara və qocalara ac qalmaq olmaz. Susuzlaşma və zülal çatışmazlığı səbəbindən aclığın ikinci həftəsinin sonunda dərin venaların tromboemboliyası kimi ciddi fəsadlara da rast gəlinir.

"Detoks üçün ac qalan insanlar əslində yalnız sağlamlıqlarına zərər verirlər. Faydalı maddələrin ehtiyatları tez tükənir, oksidativ stres artır, müxtəlif xəstəliklərin yaranma riski artır. Bədənin bütün gücü həyat fəaliyyətinin qorunub saxlanmasına sərf edildiyi üçün detoksifikasiya prosesi pozulur", - deyə o vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            504 24.04.25 12:47