Mojo.az Banner
22:55 Bir zamanlar “Ferrari” ölkəsi olan Nauru indi pasport satır  |     22:52 Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər  |     22:41 Putin: Kiyev sülh istəməsə, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq - YENİLƏNİB  |     22:30 Bakıda yanıq xəsarətləri alan kişi səkkiz gün sonra öldü  |     22:27 Leyla Əliyeva Uşaq İncəsənət Festivalından paylaşım edib  |     22:20 Göygölə güclü qar yağıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb - FOTO  |     22:11 Mətin Yolçiyev yüksək vəzifəyə təyin olundu  |     22:06 23 illik müşahidə: Doqquzuncu planet nəhayət tapılıb?  |     21:55 Növbəti iki gündə güclü külək əsəcək (XƏBƏRDARLIQ)  |     21:49 2026-ya ilk onlar girəcək - Siyahı  |     21:45 Azərbaycanda toy karvanında QƏZA: iki bacı öldü  |     21:37 Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...  |     21:31 Bu küçədə hərəkət zolaqları 3-ə çatdırıldı  |     21:26 Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq  |     21:21 Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik  |     21:14 Bu telefonlarda “WhatsApp” işləməyəcək - Siyahı  |     21:08 "Formula 1" tarixində ən zəngin pilot müəyyənləşib  |     21:00 Azərbaycan manatının nominal və real effektiv məzənnələri noyabrda artıb  |     20:55 Ucarda sahibsiz itlər üçün sığınacaqlar yaradılacaq  |     20:49 Xankəndidə "Qış nağılı" yarmarkası başlayıb - Video  |    
Left Banner
Right Banner

Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

03.07.2025 12:42 363
Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ikinci cəhd qəbul imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 18 013, III ixtisas qrupu üzrə imtahanda isə 23 470 nəfər olmaqla, ümumilikdə 41 483 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.скачать dle 11.3