Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarına aydınlıq gətirib

03.07.2025 11:52 1 167
ABŞ Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarına aydınlıq gətirib
"Vaşinqtonun Kiyevə bəzi silah növlərinin tədarükünü dayandırmaq qərarı ABŞ-nin Ukraynaya hərbi yardım göstərməkdən tamamilə imtina etməsi demək deyil".

Median.Az
TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.

"Biz Ukraynaya silah tədarükünü dayandırmırıq, yalnız bir aspekt dəyişib. Mən vurğulamaq istərdim ki, bu, Ukraynaya yardımın və silah təchizatının dayandırılması demək deyil", - deyə o izah edib.

Qeyd edək ki, bundan əvvəl Pentaqon Ukraynaya hava hücumundan müdafiə raketlərinin və bəzi digər döyüş sursatlarının göndərilməsinin dayandırıldığını elan edib.

Son xəbərlər